Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 21:48
Bakı. Trend:
Meksikanın Quanaxuato ştatından keçən boru kəmərində baş verən partlayış nəticəsində iki nəfər ölüb.
Trend-in xəbərinə görə, bu barədə Financiero nəşri məlumat yayıb.
Bildirilir ki, boru kəməri "Pemex" şirkətinə məxsus olub. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.
Partlayışla əlaqədar Selaya şəhərinin bir hissəsi təxliyə edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin