Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 19:55
Rusiyanın Xalq artisti Filipp Kirkorov Jony (Cahid Hüseynli) ləqəbi ilə məşhurlaşan ifaçı ilə çalışa biləcəyini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, "Eurovision" müsabiqəsi çərçivəsində onunla çalışmaq istəyir.
Kirkorov deyib ki, sevilən və qısa vaxtda məşhurlaşan Jony Azərbaycanlı müsabiqədə layiqincə təmsil edəcək. O, repçinin yarışmada uğur qazanacağına inandığını bildirib.
Qeyd edək ki, 2020-ci ildə təxirə düşən və 2021-ci ildə keçirilməsi planlaşdırılan "Eurovision" yarışmasında ölkəmizi Samirə Əfəndi təmsil edəcək.