Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 19:32
Bakı. Trend:
Kolumbiya hüquq-mühafizə orqanları iki xarici vətəndaşın Kolumbiya prezidenti İvan Dukenə qarşı sui-qəsd törətməyə hazırlaşması barədə məlumat alıb.
Trend-in məlumatına görə, bu barədə ölkə radiostansiyası "Ere-se-ene" bildirib.
Bildirilib ki, hal-hazırda dövlət qurumları prezidentin qorunması və həyatına edilən hər hansı bir qəsdin qarşısının alınması üçün tədbirlər hazırlayır.
Radiostansiyanın verdiyi məlumata görə, hərbçilər və polis yüksək hazırlıq vəziyyətinə gətirilib.