Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini: Hakimlərin daha yüksək maaş alması imkandan asılı olan məsələdir

Nazir müavini: Hakimlərin daha yüksək maaş alması imkandan asılı olan məsələdir

Tarix: 2 Iyul 2019 11:26

Bakı. Elçin Mehdiyev - Trend:

Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanda məhkəmə hakimlərinin daha yüksək maaş alması ilə bağlı təkliflərə münasibət bildirib.

Trend-in məlumatına görə, A.Cəfərov deyib ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, hakimlərin maaşı müəyyən qədər artırılır.

Nazir müavinin sözlərinə görə, Azərbaycan hökuməti bu cür addımları mütəmadi atır: "Təbii ki, bu, imkandan asılı olan məsələdir. Yəni ölkənin iqtisadiyyatı inkişaf etdikcə, belə məsələlərə baxılacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir müavini Hakimlərin daha yüksək maaş alması imkandan asılı olan məsələdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ