Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Medvedev Dağlıq Qarabağ münaqişəsini siyasi-diplomatik yollarla tənzimləməyə çağırıb

Medvedev Dağlıq Qarabağ münaqişəsini siyasi-diplomatik yollarla tənzimləməyə çağırıb

Tarix: 28 Sentyabr 2020 15:22

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişə zonasında tənzimləmə sırf siyasi-diplomatik vasitələrlə keçirilməlidir və böhranın aradan qaldırılması üçün bütün imkanlardan, o cümlədən ikitərəfli formatda istifadə etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsində növbəti gərginlik qan tökülməsinə, insan ölümünə gətirib çıxardı:

“Dağlıq Qarabağ problemini güc yolu ilə həll etmək olmaz. Tənzimlənmə yalnız siyasi-diplomatik vasitələrlə keçirilməlidir, mən buna dəfələrlə, o cümlədən Rusiya adından iki ölkə rəhbərliyinin danışıqlarında vasitəçi olarkən də əmin olmuşam”.

O əlavə edib ki, bu gün böhranın aradan qaldırılması üçün büyün imkanlardan istifadə etmək lazımdır.


Etiketlər:  Medvedev Dağlıq Qarabağ münaqişəsini siyasi diplomatik yollarla tənzimləməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ