Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 19:42
Bütün dünya, əsasən də Ermənistanın terrorçuluq siyasətinə ortaq olanlar bilməlidirlər ki, Azərbaycan Türkiyə üçün təkcə dost ölkə, yaxın bir istiqamət deyil, eyni zamanda, könül və tale məkanıdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın Azərbaycana qarşı son təxribatları nəticəsindən gərginləşən vəziyyətə münasibət bildirərkən ifadə edib.
Türkiyə parlamentinin sədri deyib: "Türkiyə hər zaman bütün maddi, mənəvi qüvvəsi ilə Azərbaycanın yanındadır. Bir anlıq tərəddüd etmədən hər zaman qardaş ölkənin yanında olmağa davam edəcəyik".
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop dünənki açıqlamasında Ermənistanı terrorçu dövlət olduğunu bəyan edib.