Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bavariya” qapıçısını göndərir

“Bavariya” qapıçısını göndərir

Tarix: 29 Sentyabr 2020 13:13

Almaniyanın "Bavariya" klubu qapıçısı Aleksandr Nyubeli icarəyə vermək niyyətindədir.
 
Milli.Az apasport.az-a istinadla bildirir ki, 23 yaşlı qolkiperin taleyi digər qapıçı Sven Ulrayxın qərarından asılıdır.
 
Manuel Noyerin kölgəsində qalan sonuncu komandadan getmək istəyir. Amma 32 yaşlı əlcək sahibi "Herta"nın təklifini rədd edib.
 
"Bavariya" Ulrayxı heyətində saxlasa, Nyubel icarəyə göndəriləcək. Bu il transfer olunan Aleksandla bağlı konkret təklif gəlməsə də, münhenlilər Noyerə iki əvəzləyici saxlamaq niyyətində deyil.

Milli.Az


Etiketlər:  Bavariya qapıçısını göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ