Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 16:44
Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə 30 sentyabr 2020-ci il tarixinə planlaşdırılmış açıq virtual görüş internet bağlantısında yaranmış çətinlikləri nəzərə alaraq təxirə salınır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə bp-dən məlumat verilib.
Görüşün nə vaxt keçiriləcəyi haqqında əlavə məlumat ictimaiyyətə çatdırılacaq.