Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan Türkiyəyə mühüm mesaj – Huawei hərbi əlaqələrə təsir edəcək

ABŞ-dan Türkiyəyə mühüm mesaj – Huawei hərbi əlaqələrə təsir edəcək

Tarix: 29 Sentyabr 2020 21:12

ABŞ və Çin arasındakı qarşıdurmadan zərbə alan əsas şirkət Huawei oldu. Ötən ilin mayından bu yana embarqonun zərərindən xilas olmağa çalışan şirkətə qarşı aksiyaya ABŞ-ın təkidi ilə digər ölkələr də qoşulmağa başladı.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, ABŞ-ın məsələ ilə bağlı növbəti xəbərdarlığı Türkiyəyə olub.

ABŞ xarici işlər naziri Mike Pompeo-nun Huawei-i nümunə göstərərək, dolayı yolla Türkiyəyə etdiyi xəbərdarlıq sosial şəbəkələrdə xeyli müzakirəyə səbəb olub.                         

Pompoe bəyanatında Türkiyənin əlində xeyli data olduğuna diqqət çəkib. Bildirib ki, bu dataların Çin Kommunist Partiyasının da əlinə keçmə risqi onları narahat edir: "Rabitə şəbəkələri, müdafiə və təhlükəsizlik məsələlərimizin kifayət qədər güvənli olduğunu düşünürük. Huawei-in Türkiyə və digər ölkələrlə getdikcə artan əməkdaşlığı o dövlətlərlə yalnız hərbi əlaqələrimizə təsir etməyəcək. Dolaysı ilə desək biz bu zəifləmələrlə ABŞ datalarının qorunmasını təmin edəcəyik".


Etiketlər:  ABŞ Türkiyəyə mühüm mesaj Huawei hərbi əlaqələrə təsir edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ