Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi "Barselona"dakı böhrana görə azarkeşlərindən üzr istəyib

Messi

Tarix: 30 Sentyabr 2020 08:34

İspaniyanın "Barselona" futbol klubunun argentinalı hücumçusu Lionel Messi klubdakı böhranla bağlı azarkeşlərə müraciət edib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşrində xəbər yayılıb.

"Bu qədər fikir ayrılığından sonra hər şeyə son qoymaq istərdim. Hamımız bir yerə toplanmalı və ən yaxşı gələcəyi düşünməliyik. Səhvlərimə görə məsuliyyət daşıyıram, bunları "Barselona"nı daha yaxşı və güclü olması üçün etmişəm. Bizi izləyən bütün azarkeşlərə bir mesaj göndərmək istədim", - futbolçu deyib.

Daha əvvəl L.Messi "Barselona"ya klubdan ayrılmaq niyyətində olmağı barədə bildirib, lakin 4 sentyabrda ailəsinin Kataloniyada qalmaq istəyi səbəbindən İspaniya komandasında karyerarasını davam edəcəyini açıqlayıb.

33 yaşlı Messi "Barselona"nın yetirməsidir və əsas komandada 2004-cü ildə debüt edib. Argentinalı peşəkar karyerasında 700-dən çox qol vurub (630 qol "Barselona"da, 70 qol Argentina yığması uğrunda). 2019-cu ilin dekabrında oyunçu "France Football" jurnalının versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına layiq görülüb. Ümumiliktə L.Messinin arxivində 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə aldığı altı belə mükafat var.

Milli.Az


Etiketlər:  Messi Barselonadakı böhrana görə azarkeşlərindən üzr istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ