Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 14:12
Bakı. Ləman Zeynalova - Trend:
Bosniya və Herseqovina dostluq münasibətləri saxladığı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edir.
Bunu Trend-ə ölkənin sabiq baş naziri Zlatko Laqumciya deyib.
O, ermənilərin artilleriya atəşini qətiyyətlə pislədiyini bildirib:
“Onların artilleriya atəşi Dağlıq Qarabağ regionunda münaqişənin eskalasiyasına gətirib çıxardı. Ümid edirəm ki, bütün regionda sülhə təhdid yaradan silahlı münaqişə tezliklə dayandırılacaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq danışıqlar vasitəsilə sülh yolu ilə həllini tapacaq”.