Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 16:00
Tovuz bölgəsində toqquşma dayandıqdan bir gün sonra, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika?
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bunu Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində bildirib.
Ermənistana silah verilməsinin davam etdiyini vurğulayan dövlətimizin başçısı daha sonra deyib: "Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var".