Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nilayın 6 gün sonra ad günü olacaq, hər gün ana-atasını istəyir”

“Nilayın 6 gün sonra ad günü olacaq, hər gün ana-atasını istəyir”

Tarix: 14 Oktyabr 2020 16:44

Oktyabrın 11-nə keçən gecə işğalçı ermənilər tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində 2 yaşlı Nilay Əliyeva da yetim qalıb.

Həmin gecə qızın ata-anası Ermənistan silahlı qüvvələrinin atdığı raketlə dağılan evlərin dağıntıları altında qalıb. Nilayın atası Adil və nənəsi Afaq hadisə yerində vəfat edib, anası Günay isə 3 saat sonra dağıntılar altından çıxarılıb. Həkimlərin bütün səylərinə baxmayaraq hamilə olan qadının həyatını xilas etmək mümkün olmayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, "Anadolu" agentliyinin müxbirləri dəfn günü Əliyevlərin yaxın qohumları ilə görüşüblər.

Uşağın xalası Rəna Quliyeva valideynlərinin Nilayı sakitləşdirməyə çalışıb.

"Nilayın 6 gün sonra ad günü qeyd ediləcəkdi. Lakin indi yanında nə anası, nə də atası var. O mütəmadi ağlayır və valideynlərini istəyir. Sakitləşdirməyə çalışırq, deyirik ki, anan tezliklə gələcək...".

Uşağın dayısı Əli Əhmədov bildirib ki, Nilay başqa bir otaqda yatdığı üçün ölümdən xilas olunub.


Etiketlər:  Nilayın gün sonra günü olacaq hər gün atasını istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ