Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 17:18
"Şübhəsiz ki, hərbi müstəvidə Ermənistan Azərbaycana uzun müddət tab gətirə bilməz".
Bunu Sonxeber.net-a açıqlamasında professor, konfiliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, Ermənistan qərbdə yerləşən havadarlarının inadlı tapşırıqları əsasında bölgədə qeyri-sabitlik yaratmağa çalışır:
"Aydın məsələdir ki, ölkələrimizin həm iqtisadi, həm hərbi potensialları fərqlidir, amma eyni zamanda biz Ermənistanda bugünkü hakimiyyətin mahiyyətini unutmamalıyıq. Rəsmi İrəvan faktiki olaraq təxribaçı bir hakimiyyətdir və bu hakimiyyət öz avantrüst siyasəti ilə qərbdə yerləşən havadarlarının inadlı tapşırıqları əsasında bölgədə qeyri-sabitlik yaratmağa çalışır. Ona görə də məhz məsələyə bu prizmadan yanaşdıqda biz görürük ki, Ermənistan Azərbaycanla ilk baxışdan sülhə çalışır, amma təxribatçılıqdan da əl çəkmir ki, münaqişə mümkün qədər beynəlmiləl olsun, mümkün qədər çox iştirakçıların bu münaqişəyə cəlb olunması reallaşsın. Ona görə, məsələyə bu prizmadan yanaşmaq lazımdır".
E.Məmmədov onu da qeyd edib ki, Ermənistanla bizim müharibəmiz ənənəvi, tarixən bizə məxsus olan torpalqar uğrundadır:
"Mən hesab edirəm ki, heç bir halda Azərbaycan bu təxribata gedərək digər dövlətlərin münaqişəyə qatılmasına imkan verməməlidir və Azərbaycan prezidentinin praqmatik və uzun illər ərzində yürütdüyü adekvat siyasət hesab edirəm ki, ümid etməyə əsas verir ki, Azərbaycan bu təxribatlara getməyəcək. Çünki bizim müharibəmiz nə Rusiya, nə digər hansısa dövlətlərlədir. Bzim müharibəmiz Ermənistanladır. Ermənistanla da müharibəmizdə biz onların hanısa torpaqlarına iddia etmirik, bizim müharibəmiz ənənəvi, tarixən bizə məxsus olan torpalqar uğrundadır. Bütün beynəlxalq hüquq normalarına uyğun şəkildə biz öz ərazi bütövlüyümüzü qorumağa çalışırıq. Hesab edirəm ki, məsələnin də elə məhz bu cür qoyulması axıra kimi mütləq şəkildə lazımdır".
Təhməz Əsədov