Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəstəxanada hər kəs onların “boğuldum, kömək edin” səsinə yerindən dik atılır'' - Koronavirus xəstəsi

''Xəstəxanada hər kəs onların “boğuldum, kömək edin” səsinə yerindən dik atılır'' - Koronavirus xəstəsi

Tarix: 15 Oktyabr 2020 12:32

İnsanlar öz sağlamlıqlarının qədrini bilməlidirlər ki, indi xəstəxanada müalicə olunan, kömək istəyən koronavirus xəstələrinin gününə düşməsinlər.

Sonxeber.net bildirir ki, bunu Trend-ə koronavirusa yoluxaraq hazırda xəstəxanada stasionar müalicə alan 70 yaşlı Sumqayıt sakini Səidə Paşayeva deyib.

S.Paşayeva bəzi insanlardan fərqli olaraq, COVİD-19-un meydana gəldiyi ilk vaxtdan bu virusun mövcudluğuna inandığını söyləyib: "İndi də bu fikirdəyəm ki, bu virus, həqiqətən, var. Bu xəstəlik adamı elə pis vəziyyətə salır ki, insan ətrafdakılardan kömək istəyir, qışqırıb-bağırır, əlac istəyir. Ancaq heç kim ona kömək edə bilmir. Mənim müalicə aldığım xəstəxanada -qonşu palatalarda elə xəstələr görürük ki, onlar "boğuldum" deyib kömək istəyirlər, yerlərinin içində çapalayırlar. Xəstəxanada hər kəs onların "boğuldum, kömək edin" səsinə yerindən dik atılır. Bütün bunların hamısı o deməkdir ki, insan sağlamlığını qorumaq üçün öz qədrini bilməlidir".

S.Paşayeva insanlara müraciət edərək onları lazimi sanitar-gigiyenik qaydalara əməl etməyə çağırıb: "Mən hər kəsə demək istəyirəm ki, özünüzü qoruyun, tibbi maska ilə gəzin, bir-biriniz arasında məsafə gözləyin. Xəstəliyiniz varsa, həkimə tez müraciət edin".


Etiketlər:  Xəstəxanada hər kəs onların boğuldum kömək edin səsinə yerindən atılır Koronavirus xəstəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ