Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ƏƏSMN nümayəndələri ermənilərin Gəncəyə raket atması nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb (FOTO)

ƏƏSMN nümayəndələri ermənilərin Gəncəyə raket atması nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb (FOTO)

Tarix: 15 Oktyabr 2020 16:03

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşdülər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.

Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın, hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.

Azərbaycan dövləti bütün vətəndaşlarının, o cümlədən bu kateqoriyadan olan və xüsusi qayğıya ehtiyac duyan vətəndaşların daim yanındadır.

ƏƏSMN nümayəndələri ermənilərin Gəncəyə raket atması nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb (FOTO) - Gallery Image ƏƏSMN nümayəndələri ermənilərin Gəncəyə raket atması nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb (FOTO) - Gallery Image


Etiketlər:  ƏƏSMN nümayəndələri ermənilərin Gəncəyə raket atması nəticəsində hər valideynini itirmiş uşaqlarla görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ