Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 17:36
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Çin Sosial Elmlər Akademiyası Baş katibinin müavini, hüquq elmləri doktoru Yang Jin deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həllinə inandığını da söyləyib:
"Mən Azərbaycanı sevirəm və bölgənizdə baş verənləri həyəcanla izləyirəm. Gözəl, zəngin və sülhpərvər ölkənizdə dəfələrlə olmuşam, hətta bir müddət orada yaşamışam. Dərindən ümid edirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, problem BMT Təhlükəsizlik Şurasının qərarlarına müvafiq surətdə, ədalətlə həll olunacaq. Azərbaycan xalqına səadət və sülh arzulayıram".