Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 22:36
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itkilərlə üzləşib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, kapitan Rəşad Sadıqov dizindən zədələnib. Təcrübəli müdafiəçi 5 gündür ümumi məşqlərdə iştirak etmir.
Onun ilkin müayinədən sonra əməliyyata ehtiyacı olmadığı bildirilsə də, konkret hansı müddətə sıradan çıxdığı məlum deyil. Ancaq böyük ehtimalla Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə keçiriləcək ilk oyunu buraxacaq.
Bundan başqa, bu gün “Viktoriya” ilə yoxlama oyununda digər mərkəz müdafiəçisi Bədavi Hüseynov da zədə alıb. Arxa əzələsi dartılan futbolçu sabah tibbi müayiənədən keçəcək. O da “Partizani” ilə illk oyunu buraxa bilər.
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.