Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 23:20
Bakı. Trend:
İspaniyanın Barselona şəhərində Qətər kralının ailə üzvlərinin mehmanxana otağı qarət edilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iyunu 29-u baş verən insident zamanı qarətçilər otaqdan 100 min avrodan artıq dəyəri olan zinyət əşyaları və saat oğurlayıblar.
Qeyd edilir ki, qarətçilər mehmanxanada yalnız sözügedən otağı qarət ediblər. Bu səbəbdən polislər hesab edirlər ki, qarətçilərin otaqda qalan şəxslər haqqında məlumatları olub.
Hazırda insidentlər bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin