Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 02:28
Bakı. Trend:
NATO-ya məxsus iki hərbi gəmi Qara dənizə daxil olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə monitorinq resursu "Bosphorus Observer" bildirir.
Məlumatda deyilir ki, Böyük Britaniyanın "HMS Duncan" esminesi və Kanadanın "HMCS Toronto" freqatı Mərmərə dənizini keçib Qara dənizə daxil olublar.
Gəmilər "Sea Breeze-2019" təlimlərində iştirak etmək üçün Ukraynaya yollanıblar.
Qeyd edək ki, "Sea Breeze 2019" hərbi-dəniz təlimləri iyulun 1-i strat götürüb. Təlimlərdə 19 ölkənin 32 gəmisi və 24 təyyarəsi iştirak edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin