Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 12:14
Bakı. Samir Əli – Trend:
Payız-qış aylarında ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artması gözlənilən idi.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bu proses havaların soyuması ilə əlaqədardır: “Son vaxtlar yoluxma sayı 100 ətrafında olurdu. Amma biz buna arxayın olmamışdıq. Payız-qış mövsümündə respirator xəstəliklərin artması ilə əlaqədar virusun da aktivləşəcəyi gözləniləndir”.