Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 18:48
Özbəkistanın cənubunda 17,2 mlrd. kubmetr qaz və 1 mln. tondan çox qaz kondensatı ehtiyatı olan yeni yataq aşkar edilib.
Sonxeber.net istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "Epsilon Development Company" şirkəti yayıb.
Bildirilir ki, yeni yataq Kaşkadarya bölgəsindəki Kultak-Kamaşinski bloku ərazisində kəşf edilib.
"Sahənin strukturunu və ehtiyatlarını aydınlaşdırması istiqamətində işlər davam etdirilir", - şirkətin məlumatında deyilir.
Bundan əvvəl, 2019-cu ildə "Epsilon" şirkəti Özbəkistanda işlənən yataqlardakı qaz ehtiyatlarını 21 mlrd. kubmetr, neft ehtiyatlarının isə 4,6 mln. ton artırdığını bildirdi.
"Özbəknefteqaz" şirkəti ildə 70 mlrd. kubmetr həcmində qaz və ildə 8 mln. ton həcmində maye karbohidrogen istehsalını təmin etməyə qadirdir. Lakin ehtiyatların tükənməsi və texnoloji itkilər səbəbindən karbohidrogen istehsalı son 15 ildə xeyli azalıb. Statistikaya görə, Özbəkistanda 2019-cu ildə neft hasilatı illik ifadədə 6,3% azalaraq 698,6 min tona, qaz hasilatı isə 1,6% azalaraq 59,46 mlrd. kubmetr təşkil edib.