Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 01:30
"Son dəqiqə: Ermənistanın humanitar barışıq silahlı qüvvələrinin arxasında gizlənmək terror və hərbi cinayət əməllərini davam etdirir".
Sonxeber.net bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında yazıb.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb: "Xəsarət və zərərlər müəyyənləşdirilir".
APA-nın yerli müxbiri Gəncədən xəbər verir ki, mülki əhali arasında yaralananlar var.