Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərişıq'' və “Azəriqaz” rəhbərliyi dağılmış evlərə baş çəkiblər - FOTO

''Azərişıq'' və “Azəriqaz” rəhbərliyi dağılmış evlərə baş çəkiblər - FOTO

Tarix: 17 Oktyabr 2020 18:50

Oktyabrın 17-də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhərində olublar.

Milli.Az bildirir ki, onlar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirdiyi yaşayış məhəllələrinə baş çəkiblər. Hər iki qurumun rəhbəri şəhərin elektrik enerjisi və qaz təsərrüfatına dəymiş ziyanla maraqlanıb. Yaranan fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Həmçinin bildirilib ki, haqqında danışılan ərazinin 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur. Sıradan çıxan qaz şəbəkəsinin yenilənməsindən ötrü qaz boruları, eləcə də digər avadanlıqlarla təminat diqqətdə saxlanılır.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yerli sakinlərlə söhbətlərində düşmənin Gəncə şəhərinin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, insanlar yatarkən raket zərbələri endirməsini bir daha pisləyiblər.

Milli.Az


Etiketlər:  Azərişıq Azəriqaz rəhbərliyi dağılmış evlərə baş çəkiblər FOTO


RƏYLƏR