Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 12:16
"Birinci hissə düşündüyümüz kimi keçmədi. Matçın gedişində fərqli taktika sınaqdan keçirdik. Təəssüf ki, bizdə heç nə alınmadı".
Qol.az xəbər verir ki, bu sözləri "Viktoriya"nın məşqçisi Zdenek Beçka "Qarabağ"la yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Rəqib daha aqressiv idi və bu amil bizim çox vaxtımızı aldı. Fasilədən sonra klassik 4-2-3-1 taktikamıza döndük. 5-6 oyunçu əvəzləməsindən sonra istər-istəməz oyunda da dəyişiklik olur. Biz artıq oyuna dominantlıq edirdik. Yaxşı ki, ehtiyatdakı uşaqlar komandanın gücünə təkan verdi. Bu, rəqabəti artırır və hamı görür ki, yeri təmin olunmayıb".