Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 12:00
Bakı. İlhamə İsabalayeva - Trend:
2020-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu arayışlar iş yeri, əlillik, müavinət, pensiya, təqaüd, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. aid olub.
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni elektron arayış xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu ilin sonuna qədər daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.