Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 15:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda ümumtəhsil müəssisələrində şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.
Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.