Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 00:32
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ekstremizmin qurbanlarına və ailələrinə 335 milyon dollar məbləğində təzminat ödənildikdən sonra Sudanı terrorizmin sponsorları olan ölkələrin siyahısından çıxaracağını açıqlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.
ABŞ prezidenti bildirib: "Böyük tərəqqiyə nail olan Sudanın yeni hökuməti terror qurbanları olan amerikalılara və onların ailələrinə 335 milyon dollar məbləğində təzminat ödəməyi qəbul edib. Sözügedən vəsait daxil olduqdan sonra Sudanı terrorizmin sponsorları olan ölkələrin siyahısından çıxaracağam".