Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Makkabi” koronavirus testinin nəticəsini açıqladı

“Makkabi” koronavirus testinin nəticəsini açıqladı

Tarix: 21 Oktyabr 2020 12:04

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq Təl-Əviv "Makkabi"sində koronavirus pandemiyası ilə bağlı aparılan testlərin nəticələri açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İsrail millisindən dönən futbolçulardan götürülən testlər neqativ çıxıb.

Konkret olaraq millinin son toplanışına cəlb olunan Eytan Tibi, Şeran Yeini, Maor Kandil, Eyal Qolasa və Eden Karzev bu günə qədər klubda fərdi məşqlərlə kifayətləniblər. Artıq onlarda yoluxma faktı aşkarlanmadığından, bu gündən kollektivlə birlikdə məşqlərdə iştirak edə biləcəklər.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Makkabi koronavirus testinin nəticəsini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ