Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk Şurasından Azərbaycana dəstək: ''Biz bu savaşda Azərbaycanın yanındayıq''

Türk Şurasından Azərbaycana dəstək: ''Biz bu savaşda Azərbaycanın yanındayıq''

Tarix: 21 Oktyabr 2020 12:54

Bu müharibə qardaş Azərbaycan xalqı üçün Vətən savaşıdır. Biz bu savaşda Azərbaycanın yanındayıq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev deyib.

Baş katib Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərinə raket hücumu nəticəsində dağılan əraziləri gəzib. O, düşmənin mülki yaşayış məntəqələrinə və dinc əhaliyə raket hücumlarını sərt dillə qınayıb.

"Türk dilində danışan ölkələr, Türk dünyası və Türk Şurasl Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün haqqını qeyd-şərtsiz dəstələyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün Vətən savaşıdır. Biz bu savaşda Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana sülh və zəfər diləyirik".

Amreyev problemin Azərbaycanın ərazi bütövlüyü təməlində, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarına uyğun şəkildə sülh yolu ilə həllindən yana olduqlarını qeyd edib.


Etiketlər:  Türk Şurasından Azərbaycana dəstək savaşda Azərbaycanın yanındayıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ