Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 23:54
Qırmızı ətlə müqayisədə balıq daha sağlam protein qaynağıdır. Bunun səbəbi balıq yağında olan omeqa-3 yağ turşularıdır. Omega-3 bədənimizin həqiqətən ehtiyac duyduğu "yaxşı" və ya sağlam yağlarıdır. Sonxeber.net AZƏRTAC-a istinadən balığın faydası barədə məlumat verir.
Zəruri qida maddələri ilə təmin edir. Balıq, D vitamininin ən yaxşı qida mənbələrindən biridir, kalsiumun həll edilməsi və sağlam immun sistemi üçün lazımlı qidadır. Bədənimizin metabolizminə nəzarət edən hormonların istehsal edilməsi üçün lazım olan mineral - yod ilə də zəngindir. Xüsusilə yağlı balıqlarda omeqa-3 də çoxdur.
Daha sağlam protein mənbəyidir. Balıq əla protein mənbəyidir. Lakin heyvan ətinin növlərindən fərqli olaraq, balıqda çoxlu doymuş yağ yoxdur.
Depressiya riskini və simptomlarını azaldır. Balıq zehni sağlamlıq üçün də faydalıdır. Bir neçə tədqiqat göstərdi ki, omeqa-3 depressiya əlamətlərini yaxşılaşdıra bilər. Bundan əlavə, müntəzəm balığın qəbulu ilk növbədə depressiya riskini azaltmağa kömək edir.
Autoimmun xəstəliklərdən qoruyur. Balıq, xüsusilə yağlı balığın qəbulu, autoimmun xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Ekspertlər hesab edirlər ki, bu müdafiə effekti balıq və balıq yağında omeqa-3 və D vitamini ilə əlaqələndirilir.
Ürəyin sağlamlığını artırır. Balıqda omeqa-3 ürəyi iltihabdan qorumağa kömək edir. Bu sağlam yağlar yüksək xolesterin və yüksək qan təzyiqini azaltmaq üçün çox yararlıdır. Bu faydalar birlikdə ürək sağlamlığının yaxşılaşdırılmasına kömək edir.