Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir - Rusiyalı politoloq

Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir - Rusiyalı politoloq

Tarix: 22 Oktyabr 2020 10:30

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini təsdiq edən, Ermənistanın isə işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələr mövcuddur.

Bunu Trend-ə rusiyalı politoloq Andrey İvanov deyib.

O bildirib ki, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasında qəribə vəziyyət yaranıb:

“Bir tərəfdən, lazım olan kompromis əldə edilib. Hətta Rusiya, ABŞ və Fransa Minsk qrupuna daxil olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini təsdiq edən, Ermənistanın isə işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələr də mövcuddur. Amma buna vadar etmək üçün hər hancı güc mexanizmi nəzərdə tutulmayıb və bununla da, problemin həlli faktiki olaraq təxirə salınıb. Təəccüblü deyil ki, erməni tərəfi BMT-nin tələblərini yerinə yetirməyə tələsmirdi”.

Politoloqun sözlərinə görə, indi isə vəziyyət Azərbaycan ordusu sayəsində ölü nöqtədən tərpənib:

“İndi Dağlıq Qarabağ problemini həll etmək üçün real imkan var. Əgər ərazilər azad edilsə, tamamilə fərqli vəziyyət olacaq. Yerevan real olaraq münaqişənin tənzimlənməsi üçün danışıqlara məcbur qalacaq”.

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün tərəflər üçün sərfəlidir və Rusiya üçün Dağlıq Qarabağda iqtisadi və humanitar layiələri inkişaf etdirməyə imkanlar yaradır:

“Ermənistan üçün Türkiyə ilə münasibətləri düzəltmək imkanı yaranır. Bundan şübhəsiz ki, bütün erməni xalqı qazanacaq. Bir sözlə, Azərbaycan ordusunun qələbə yürüşü münaqişənin real həlli deməkdir və bütün tərəflər üçün sərfəlidir”.

Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir - Rusiyalı politoloq - Gallery Image


Etiketlər:  Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir Rusiyalı politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ