Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 22:12
Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilər dönəmində çinli hakerlər antivirus proqramı vasitəsilə istifadəçiləri viruslu fayl yükləməyə təşviq ediblər.
Həmçinin oxu: Microsoft hesabat verdi: Kiberhücumların yarısından çoxunu rus hakerlər edirlər
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu məqsədlə McAfee adlı antivirus proqramından istifadə olunub. Məqsəd isə ələ keçirilən fərdi məlumatlardan seçkilər zamanı istifadə olub. ABŞ səlahiyyətliləri bunun artıq ikinci belə hücum olduğunu qeyd ediblər. Bildirilib ki, bu zaman istifadəçilərə zərərli şifrələr elektron poçt vasitəsilə göndərilib. Linkin sadəcə antivirus proqramı olduğunu düşünən istifadəçilər əslində zərərli virusları kompüterlərinə yükləmiş olurlar.
Qeyd edək ki, sözügedən hücumun qurbanı olan şəxslərin elektron poçtuna rəsmi qurumlar tərəfindən bununla bağlı xəbərdarlıq göndərilir.