Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikalı kosmonavt kosmosda səs verib

Amerikalı kosmonavt kosmosda səs verib

Tarix: 23 Oktyabr 2020 12:24

Bakı. Trend:

Beynəlxalq Kosmik Stansiyada fəaliyyətini davam etdirən amerikalı kosmonavt Ketlin Rubins gələn ay ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar səs verib.

Trend-in məlumatına görə, bu barədə kosmonavt öz “Twitter” səhifəsindən bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Koronavirus pandemiyası ilə əlaqədar ölkənin bəzi ştatlarında, eləcə də xarici diplomatik missiyalarda erkən səsvermə başlayıb.

Bu il prezident vəzifəsi uğrunda əsas iki namizəd hazırkı prezident Donald Tramp və Co Bayden mübarizə aparır.


Etiketlər:  Amerikalı kosmonavt kosmosda səs verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ