Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 16:51
İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin "lideri" Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə A.Arutyunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir.
Separatçı "lider" məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb:
"Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm".