Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 10:45
Bakı. Elçin Mehdiyev - Trend:
İyulun 3-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmuş 1-ci Respublika Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, açılış mərasimindən öncə qonaqlar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada təşkil olunmuş “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi ilə tanış olublar.
Mədəniyyət naziri Əbülfəs Qarayev sərgi ilə tanışlıqdan sonra xalq sənətkarlıq incilərini əks etdirən belə dəyərli kitabların nəşrinin vacibliyini qeyd edərək, “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Azərbaycan xalçaları İrəvan qrupu” kimi kitabların nəfis tərtibatda və müxtəlif dillərdə nəşr edilməsini yüksək qiymətləndirib.
Sərgidə Azərbaycan xalq sənətkarlığının zəngin nümunələrini əks etdirən xalçaçılıq, toxuma və bədii tikmə, kəlağayı, milli geyim nümunələri, boyaqçılıq, dulusçuluq, xəttatlıq və digər incəsənət növlərinə dair Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin