Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

GMC şirkəti elektrikləşdirilmiş Hummer EV pikapını təqdim edib - QİYMƏTİ

GMC şirkəti elektrikləşdirilmiş Hummer EV pikapını təqdim edib - QİYMƏTİ

Tarix: 24 Oktyabr 2020 08:28

ABŞ-ın GMC şirkəti elektromühərrik ilə təchiz olunmuş Hummer EV modelini təqdim edib. Təqdim olunmuş yeni Hummer EV-in əsas özəllikləri arasında yüksək at gücü və qəliz relyefli yerlərdən xərçəng tərz keçmək rejimi var. Şirkət artıq elektrikləşdirilmiş bu pikapın satış tarixini və qiymətini açıqlayıb. Hummer EV pikapı GM Ultium arxitekturası əsasında qurulmuş ilk məhsuldur. Pikap yalnız 1 gövdə variantında satılacaq və onun 4 ədəd qapısı olacaq. Hummer EV-in uzunluğu 550 sm, hündürlüyü isə 206 sm təşkil edir. Hər bir Hummer EV-in komplektində Sky adlı 4 ədəd dəyişilə bilən şəffaf paneldən ibarət transformasiyalı Infinity tavanı olacaq.

Bununla yanaşı pikap 18 düym-lük disklərə quraşdırılmış 35 düym-lük təkərlərə sahibdir. Bununla belə təkərlərin dönmə bucaqları 50 dərəcə təşkil edir. Pikap gövdəsinin aşağı hissəsində iki ədəd kamera mövcuddur. Həmin kameralar yolda olan maneələri və hər 4 təkərin daxili hissələrini əks etdirir. Bu isə daşlıq ərazilərdə sürücüyə böyük üstünlük verir. Bazara ilk olaraq Hummer EV Editon 1 modeli satışa çıxacaq. Bu model 200 kilovatt saat həcmli batareya və ümumi 1000 at gücünə sahib 3 ədəd elektromühərrik ilə təchiz olunub. Bu model bir dəfə şarj olunandan sonra 563 km yol qətt edə bilir.

Bununla yanaşı pikapın batareyası sürətli şarj texnologiyasını da dəstəkləyir. 350 kilovatt gücə sahib şarj stansiyasında 10 dəqiqə ərzində şarj olunandan sonra Hummer EV Edition 1 modeli 160 km yol qətt edə bilər. Sözügedən modelin qiyməti 112.595$ təşkil edir. 1 ildən sonra onun EV3X adlı 3 elektromühərrikli daha büdcəli versiyası satışa çıxacaq. Onun qiyməti 99.995$ təşkil edəcək. 2023-cü ilin yaz fəslində 2 mühərrikli Hummer EV2X modeli satışa çıxacaq və onun qiyməti 89.995$ təşkil edəcək. Pikapın daha kiçik versiyası olacaq 2 mühərrikli Hummer EV2 modeli isə 2024-cü ilin yaz fəslində satışa çıxacaq və 79.995$-a satılacaq.


Etiketlər:  şirkəti elektrikləşdirilmiş Hummer pikapını təqdim edib QİYMƏTİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ