Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 16:18
Adi parça əlcəklər virusa yoluxma ehtimalını rezin əlcəklərlə eyni şəkildə azaldır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Seçenov Universitetinin Tibbi Parazitologiya, Tropik və Transmissiv Xəstəliklər İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Lukaşev məlumat verib.
Koronavirusdan qorunmaq üçün qış əlcəklərinin effektivliyini qiymətləndirən virusoloq, ehtiyatlı olmağı tövsiyə edib. Onun sözlərinə görə, məsələn burnunuzu qaşısanız, əllərinizin əlcəkdə olmasının heç bir faydası olmayacaq.
Lukaşev həmçinin, koronavirusun təmas yolu ilə ötürülmə yolunun effektivliyinin hələ tam öyrənilmədiyini deyərək, bu səbəbdən də əlcəklərin əhəmiyyətinin nə dərəcədə olduğunu qiymətləndirməyin çətin olduğunu vurğulayıb.