Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" 3 il sonra ilk dəfə...

Tarix: 25 Oktyabr 2020 13:18

"Real" 3 il sonra ilk dəfə "Barselona"nı "Nou Kamp"da məğlub etməyi bacarıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi ötən gün səfərdə Kataloniya klubuna 3:1 hesabı ilə qalib gəlib.

Zinəddin Zidanın kollektivi son dəfə 2017-ci ilin avqustunda İspaniya Superkubokunda "Barselona"nı üstələməyi bacarıb- 3:1.

Həmin oyundan sonra komandalar 3 dəfə "Nou Kamp"da üz-üzə gəlsələr də, "Real" bu görüşlərdən heç birində qələbə qazana bilməyib.

Qeyd edək ki, "Real"  13 xalla çempionatın turnir cədvəlinə liderlik edir. Bir oyun az keçirən "Barselona" isə 7 xalla 10-cudur.

Milli.Az


Etiketlər:  Real 3 il sonra ilk dəfə


RƏYLƏR