Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2020 22:42
İngiltərədən olan bir qrup alim maraqlı araşdırmaya imza atıblar.
Sonxeber.net bildirir ki, araşdırma zamanı mütəxəssislər gündə iki saatdan artıq televizora baxmağın ürək problemlərinin yaranmasına gətirib çıxardığı qənaətinə gəliblər.
Təcrübədə yaşı 37 ilə 73 arasında dəyişən 500 minə yaxın könüllü iştirak edib. Onlar anketlərində gündə televizora baxmağa nə qədər vaxt sərf etdiklərini yazıblar.
Təhlilin nəticələri gündə iki saatdan çox televizor baxmaq infarktdan ölüm riskini 8%, digər səbəblərdən isə 5% artırdığını göstərib. Bundan əlavə, araşdırma gündə bir saat gəzməklə ölüm riskinin 10% azaltdığını da göstərib. (ölkə.az)