Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bilirdik ki, bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozulacaq''

''Bilirdik ki, bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozulacaq''

Tarix: 26 Oktyabr 2020 13:30

ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bir gün öncə (24 oktyabr) Vaşinqton görüşünün nəticəsi olaraq yenidən (25 oktyabrda) humanitar atəşəkəs elan edildi.

Bunu Sonxeber.net-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, bu razılaşmada Azərbaycan qəti və sərt mövqe göstərdi:

"Dünən həmsədrlərin qəbul etdiyi bəyanatın mətni 24 oktyabr Vaşınqtonda təklif olunan və ən əsası daha öncə qəbul edilmiş atəşkəs haqqında 2 razılaşmanın şərtlərindən fərqlidir. Daha öncə iki razılaşmada həmsədrlərin təklifi ilə atəşkəs birtərəfli qaydada və müddət göstərilmədən qəbul edilmişdi. Bu razılaşmada isə Azərbaycanın qəti israrı və sərt mövqeyi sayəsində açıqlama birtərəfli qaydada olmadı və razılaşmanın ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısı alındı.

Bu razılaşma atəşkəs deyil, HUMANİTAR atəşkəsdir.

Oktyabrın 29-da Cenevrədə həmsədrlər və xarici işlər nazirləri görüşəcəklər və bu görüşdə razılaşdırılacaq qrafikə əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çalışılacaq.

Azərbaycan bu görüşdə təklif olunan atəşkəsin monitorinqi üzrə parametrlər mövzusunda münaqişənin tam həlli prosesini ehtiva edən təkliflərini hazırlayıb və Azərbaycan tərəfi bu prosesin danışıqlarla paralel getməsini israr edir.

Birinci təklif Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərinin hamısından çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməsidir və bu qəbul olundu.

Bu humanitar atəşkəsin də Ermənistan tərəfindən pozulacağını bilirdik

Bunun üçün bəyanatda öz əksini tapmış vaxt cədvəli nəzərdə tutulur. Biz bilirdik ki, bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozulacaq və məhz görüşlərdə də Azərbaycan bu halda qətiyyətli cavab verəyini bildirmişdi.

Bu gün tezdən saat 08:03-dən Tərtər və onun kəndləri, hal-hazırda isə strateji beynəlxalq enerji xətləri və daşınmalar keçən Tovuz, Daşkəsən və Gədəbəy rayonlarımız Ermənistan ərazisindən atəşə tutulur".

Təhməz Əsədov


Etiketlər:  Bilirdik humanitar atəşkəs Ermənistan tərəfindən pozulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ