Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azəribaycan Prezidenti: Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, işğal olunmuş torpaqlardan çıxıram

Azəribaycan Prezidenti: Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, işğal olunmuş torpaqlardan çıxıram

Tarix: 26 Oktyabr 2020 17:27

Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində danışıb.

Dövlət başçısı bildirib:

"Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik".

Milli.Az


Etiketlər:  Azəribaycan Prezidenti Cıdır düzündə sərxoş vəziyyətdə oynayan təlxək bəyan etsin işğal olunmuş torpaqlardan çıxıram


RƏYLƏR