Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 19:38
"Real"ın kapitanı Serxio Ramos komandanı tərk edə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "kral klubu" 34 yaşlı müdafiəçi ilə müqaviləsini 1 illik uzatmaq istəyir. Ramos isə Madrid təmsilçisindən 2 illik sözləşmə imzalanmasını tələb edir.
Tərəflər razılaşmayacağı təqdirdə ispaniyalı oyunçunun "Real"dan ayrılacağı gözlənilir.
Futbolçunun La Liqa klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Ramos 2005-ci ildən "Real"da çıxş edir.