Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 17:54
Ermənistanın Bərdə rayonuna mənfur hücumu nəticəsində 3 dinc sakin həlak olub, 10 nəfər, o cümlədən qadın və uşaqlar yaralanıb.
Sonxeber.net bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın hərbi cinayətləri davam edir:
"Bu gün Ermənistanın Müdafiə Nazirliyi bəyanat verib ki, onlar çox sərt zərb endirəcəklər. Bununla onlar mülki şəxsləri, uşaqlar və qadınları nəzərdə tutur".