Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO)

Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO)

Tarix: 28 Oktyabr 2020 12:52

Bakı. Trend:

“Azəri” Yeni Yelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şəhərin mərkəzində yerləşən binalardan asılan plakatlarda böyük hərflərlə “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb.

Qeyd edək ki, plakatlardan biri Vellinqton şəhərinin mərkəzində əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və Parlamentə gedən yolun kənarındakı (190 Thorndon Quay Pipitea ünvanı) binadan asılıb.

Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO) - Gallery Image Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO) - Gallery Image


Etiketlər:  Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır FOTO


RƏYLƏR