Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona”da müvəqqəti prezident

“Barselona”da müvəqqəti prezident

Tarix: 29 Oktyabr 2020 08:18

Xosep Maria Bartomeunun istefasından sonra "Barselona"ya müvəqqəti rəhbərlik edəcək şəxsin kimliyi bəlli olub.
 
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, növbəti prezident seçkisi keçirilənə qədər Kataloniya klubuna Karles Tuskets rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tuskets buna qədər "Barselona"da iqtisadi komitəyə rəhbərlik edirdi.
 
Tuskets və onun formalaşdırdığı idarə heyəti uzağı 3 ay kluba rəhbərlik etmək səlahiyyətinə malikdir.
 
Qeyd edək ki, "Barselona"da növbəti prezident seçkiləri gələn ilin martında keçirilməli idi. Lakin Bartomeunun istefasına görə seçki daha tez təşkil oluna bilər.


Etiketlər:  Barselonada müvəqqəti prezident


RƏYLƏR