Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar zədələndi

Neymar zədələndi

Tarix: 29 Oktyabr 2020 17:04

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Başakşəhər"lə matçda zədələnib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, görüşün 26-cı dəqiqəsində sıradan çıxıb və Pablo Sarabia ilə məcburi əvəzlənib.

Matçdan sonra Paris təmsilçisinin baş məşqçisi Tomas Tuhel braziliyalı hücumçunun zədəsi ilə bağlı bunları deyib: "Onu əvəzləməli idim. Şiddətli ağrıları yox idi, ancaq özünü narahat hiss edirdi. Sıx oyun qrafiki səbəbindən o, bir neçə matç buraxa  bilər. Ümid edirəm ki, ciddi zədə deyil. Testlərin nəticəsini gözləməliyik".

Qeyd edək ki, "Başakşəhər" - PSJ görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Etiketlər:  Neymar zədələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ