Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt şosesində saxlanılan avtomobildə aksizi olmayan siqaretlər aşkarlanıb (FOTO)

Bakı-Sumqayıt şosesində saxlanılan avtomobildə aksizi olmayan siqaretlər aşkarlanıb (FOTO)

Tarix: 5 Iyul 2019 10:30

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə “Mercedes Benz” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Komitədən Trend-ə verilən məlumata görə, yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şosesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 114 000 ədəd “King” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Sumqayıt şosesində saxlanılan avtomobildə aksizi olmayan siqaretlər aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ