Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Xarici işlər naziri Peru Konqresinin sədri ilə görüşüb

Azərbaycanın Xarici işlər naziri Peru Konqresinin sədri ilə görüşüb

Tarix: 5 Iyul 2019 11:21

Bakı. Trend:

Nazir Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində Peru Konqresinin sədri Daniel Enrique Salaverry Villa ilə görüşdü.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Peru parlamentinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanatlarda ifadə etdiyi ədalətli mövqeyinə görə təşəkkürünü bildirdi, ölkəmizlə Peru arasında parlament diplomatiyasının inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Öz növbəsində, Konqresin sədri və görüşdə iştirak edən Konqresin Mədəniyyət Komitəsinin sədri və Peru-Azərbaycan dostluq qrupunun sədri, konqresmen Dalmiro Palomino Ortiz, konqresmen Xuan Karlos del Aqila və dostluq qrupunun üzvü, konqresmen Viktor Andres Garcia Belaunde Azərbaycana səfərləri haqqında xoş təəssüratlarını bölüşərək, ölkəmizin inkişafı, dünyada mədəniyyətlərarası dialoqun inkişafı sahəsində töhfəsini yüksək qiymətləndirdilər.

Görüşdə, həmçinin Azərbaycanın Peru və ümumilikdə Latın Amerikası ilə münasibətlərinin müxtəlif sahələrini əhatə edən səmərəli müzakirələr aparıldı.


Etiketlər:  Azərbaycanın Xarici işlər naziri Peru Konqresinin sədri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ