Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 10:57
Rusiya bu gün Azərbaycanın apardığı siyasətə anlayışla yanaşır və o, Ermənistanın bu vəziyyətdə atacağı addımlar üçün heç də məsuliyyət daşımaq fikrində deyil.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu regionda nələrin baş verdiyi Rusiya üçün əhəmiyyətsiz deyil:
"Ermənistanın uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlaması müttəfiqi kimi Rusiya üçün əlavə diplomatik problemlər yaradır. Bu, eyni zamanda regionunun inkişafını ciddi surətdə ləngidir. Gün kimi aydındır ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır".
A.Mirzəzadə Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisində yerləşdirməsinin beynəlxalq qanunlara zidd olduğunu vurlayıb.
Deputat qeyd edib ki, Ermənistan və dünya erməniləri bütün cəhdlərlə digər ölkələrə, xüsusilə də Rusiyanı özünün provakasiyasına, insanlığa zidd hərəkətlərinə həmmüəllif etməyə çalışır:
"Amma bu, Rusiyaya lazım deyil. Ermənistan özü bugünkü çirkin siyasətinə cavabdeh olmalıdır. Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən nə qədər tez çıxardarsa, o zaman da o, bundan sonrakı həyatını bir o qədər rahatlıqla keçirə bilər. Müharibədə daha çox iştirak etməklə Ermənistan özünün gələcəyini xərcləyir. Görünən odur ki, Ermənistanın indiki rəhbərliyi və elitası bu reallığı qəbul etmək istəmir".